“Türkiyə ilə birlikdə İraq hökumətinin yanındayıq”
Bizimsesimiz.info // İran Prezidenti Həsən Ruhani İraq Baş naziri Heydər Abadi ilə apardığı telefon danışığında rəsmi Tehranın İraqın ərazi bütövlüyünə və milli birliyinə zidd bütün hərəkətlərə qarşı olduğunu bildirib.
İranın İraqın mərkəzi hakimiyyətini dəstəklədiyini qeyd edən Ruhani “Biz digər məsələlərdə olduğu kimi, İraq dövləti və millətinin tədbir və hikmətlə bu problemi öhdəsindən gələcəyinə əminik”, – deyə vurğulayıb.
İraq konstitusiyasına hər kəsin hörmət etməli olduğunu vurğulayan Ruhani “Konstitusiyadan geri çəkilmənin mənası qeyri-qanuni işlər görməkdir”, – deyə bildirib.
Türkiyə Prezidenti ilə telefonla danışığına toxunan Ruhani hər iki ölkənin də Bağdada tam dəstək verdiyini bildirərək, “Bu mühüm məsələdə biz qonşumuz və İraq dövlətinin yanında olacağıq”, – deyib.
İraq Baş naziri Heydər əl-Abadi də İranın ölkəsinin ərazi bütövlüyü və milli birliyinə verdiyi dəstəyə təşəkkür edərək, “İraq kürd bölgəsində Bərzaninin addımları yeni bir qarşıdurmaya aparır”, – deyib. İraq mərkəzi hökumətinin konstitusiyanın xaricində İraq kürd bölgəsinə səlahiyyətlər verdiyini və Bərzaninin bu hərəkətinin İraq ərazi bütövlüyü ilə konstitusiyaya zidd olduğunu qeyd edən Abadi nəticənin nə olursa olsun, qeyri-qanuni olduğunu və mərkəzi hakimiyyətin də onu qəbul etməyəcəyini bildirib.
Baş nazir bu barədə müzakirə aparmayacağını və İraq kürd bölgəsi rəsmilərinin də İraqın parçalanmasını düşünməməli olduğunu diqqətə çatdırıb. //eastnews.org