Sabah Türkiyə ilə Böyük Britaniya arasında sərbəst ticarət sazişi imzalanacaq.

“Report” “Bloomberg”ə istinadən xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan hökumətin iclasından sonra açıqlama verib.

Dövlət başçısı imzalanacaq sazişin Gömrük Birliyi sazişindən sonra ən mühüm sənəd olacağını qeyd edib: “Dekabrın 25-nə olan vəziyyətə görə, ixracatımız 2020-ci ilin yekun hədəflərimizi üstələyərək 166 milyard ABŞ dollarına çatıb. 2021-ci ildən həm Türkiyənin, həm də Böyük Britaniyanın qazanacağı yeni bir dövr başlayır. Yüksək ÜDM-li yatırımlarla mövcud kəsirimizi örtərək xarici maliyyəyə olan ehtiyacımızı azaldırıq”.

Çindən sifariş etdikləri koronavirusa qarşı peyvəndin yeni ildən əvvəl çatdırılacağına ümidvar olduqlarını qeyd edən Türkiyə lideri daha sonra əlavə edib: “İnşallah ən qısa müddət ərzində yerli istehsal olan birdən artıq dərmanı millətimizin istifadəsinə vermək əzmindəyik”.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here