Türkiyə ilə münasibətlərin yaxşılaşması sual altındadır – ABŞ Dövlət Departamenti

Bizimsesimiz.info // Amerikanın İstanbuldakı konsulluğunun əməkdaşının həbsindən sonra ABŞ və Türkiyə münasibətlərinin yaxşılaşması sual altındadır.

SalamNews-un “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Hizer Noyert bildirib.

“Məncə dövlət katibi digər ölkələrlə olduğu kimi, Türkiyə ilə də münasibətlərin yaxşılaşmasını istəyir. Diqqət etsəniz görərsiniz ki, ABŞ Rusiya ilə də əlaqələri bərpa etmək istəyir. Ancaq Türkiyə hökumətinin atdığı addımlar münasibətlərin yaxşılaşmasını sual altında saxlayır”, – deyə o bildirib.  Noyert deyib ki,  ABŞ-Türkiyə münasibətlərində dəyişiklik konsulluq əməkdaşının həbsindən sonra baş verib. Onun sözlərində görə, dövlət katibi R.Tillerson məsələ ilə əlaqədar türkiyəli həmkarı ilə danışıqlar aparmayıb.

1 COMMENTS

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir