Türkiyə ilə Qətər arasında birbaşa dəniz yolu xətti açıldı
Bizimsesimiz.info // Qətərin “Milaha” şirkətindən verilən məlumatda Qətər ilə İzmir limanı arasında 5 min tondan çox dondurucu konteyner daşıma gücü olan birbaşa xəttin açıldığı bildirildi.
Hər 20-25 gündə Türkiyədən bir gəminin yola çıxacağı bildirilən məlumatda gəminin tranzit müddətinin 11 gün olduğu qeyd edildi.
“Milaha” şirkətinin baş direktoru Abdurrahman İsa əl-Menai mövzu ilə əlaqədar açıqlamasında yeni xidmətin limanlararası əlaqələrin gücləndirilməsinə, Qətərin Türkiyə və Körfəz ölkələri ilə ticarətinin asanlaşdırılmasına səbəb olacağını söylədi.
Menai son aylardaTürkiyə ilə Qətər arasında ticarət həcminin böyüdüyünü də qeyd etdi.