Türkiyə, İran və İraq bölgədə birgə hərbi əməliyyat keçirə bilər
Bizimsesimiz.info // Şimali İraq Kürd Muxtariyyatı müstəqillik elan edərsə, Türkiyə, İran və İraq birgə hərbi əməliyyat keçirəcək.
SalamNews “Haber7”yə istinadən xəbər verir ki, bu barədə razılıq Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla iranlı həmkarı Həsən Ruhani arasında Tehranda keçirilən görüşdə əldə edilib.
İranda səfərdə olan Ərdoğan Tehranda Ruhani ilə görüşüb. Görüşdə bölgədəki vəziyyət və beynəlxaql məsələlər müzakirə edilib.
Tərəflər bölgədə sülhün bərqərar edilməsi üçün İraq və Suriyanın ərazi bütövlüyünü dəstəklədiklərini bildiriblər.