Bizimsesimiz.info  // Türkiyə İran və Rusya Suriyanın İdlib – gərginliyi azaltma bölgəsində humanitar dəhliz yaradıb.

Rusiya Ordusunun Baş Hərəkat idarəsinin rəisi, general Sergey Rudskoy “Rossiya 24” televiziyasına verdiyi müsahibədə Rusiya, İran və Türkiyənin təminatçı ölkələr olaraq Suriyanın İdlibdəki gərginliyi azaltma bölgəsində humanitar dəhliz yaratdıqlarını və buradan 3800-dən çox insanın təxliyə edildiyini açıqlayıb.

Rudskoy bu barədə deyib: “Humanitar dəhliz Əbu-Duhur və Del Sutan yaşayış bölgəsində təşkil edilib. Fərat çayının şərqində yerləşən Deyr Əz Zora artıq 20 min 841 nəfər qayıdıb. 12 mindən çox didərgin Rusiyanın yerli əhaliyə yardım üçün yaratdığı koordinasiya mərkəzinin yerləşdiyi Salhiyah yaşayış məskəninə dönüb”.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here