Türkiyə Prezident Administrasiyasının sözçüsü İbrahim Qalınla ABŞ Prezidenti Donald Trampın milli təhlükəsizlik məsələləri üzrə müşaviri Herbert Makmaster arasında telefon danışığı baş tutub.

Axar.az xəbər verir ki, telefon danışığı zamanı ABŞ-ın PYD-YPG terror qruplaşmalarına silah verməyəcəyi təsdiq edilib.

Məlumata görə, tərəflər arasında söhbət zamanı Türkiyənin təhlükəsizliklə bağlı qayğılarının nəzərə alınmalı olduğu bir daha vurğulanıb. Yanlış anlaşılmaların qarşısının alınması üçün yaxın koordinasiya şəraitində fəaliyyət göstərilməsi barədə razılıq əldə edilib.

Qeyd edək ki, bir qədər əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ Prezidenti Donald Tramp arasında da telefon danışığı baş tutmuşdu.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here