Türkiyə Moskva-İrəvan hərbi müttəfiqliyinə anoloji gedişlə cavab verə bilərmi?
Bizimsesimiz.info // Rusiya və Ermənistanın ordu birləşməsi haqda qərarı cəmiyyətdə geniş müzakirə olunmaqdadır.
Maraqlıdır, Azərbaycan tərəfi Moskvanın bu ikibaşlı addımına hansı gedişlə cavab verməlidir?
Azərbycan və Türkiyə qoşunlarının da anoloji birləşməsi indiki məqamda gündəmə gələ bilərmi?
Moderator.az-a açıqlam verən ALP sədri Əvəz Temirxan bildirib ki, Ermənistan və Rusiyanın bütün ordusu birləşməyəcək:
“Bu sazişdə söhbət bütün ordudan getmir, ayrı-ayrı diviziyalar birləşə bilər. Bu o anlama gəlmir ki, ölkəmiz torpaqlarımızı hərb yolla azad etmə şansını itirib. Biz yenə də istənilən an ərazi bütövlüyümüzü bərpa etmək üçün antiterror əmaliyatlarına başlaya bilərik və buna 3 – cü ölkənin müdaxiləsi qanunsuz hesab olunacaq. Türkiyə ilə anoloji addıma gəldikdə isə bu geopolitik məsələdir. Qardaş dövlətin Rusiya ilə münasibətləri yenicə normallaşmağa başlayıb. Mən dəqiq deyə bilmərəm Türkiyə bunu istəyəcək, ya yox, amma bu baş versə təbii ki, ölkəmizin xeyrinə olar. Bir məsələni də qeyd etmək istərdim. Baş vermiş bu hadisədən sonra sosial şəbəkələrdə, mətbuatda müxtləif bəyanatlar səsləndirilir. Hamı vətənpərvər bəyanatlar versə də, bu bəyanatların təəssüflər olsun ki, məntiqi yoxdur. Kim nə gəldi, necə gəldi açıqlamalar verməklə məşğuldur. Bu isə xeyirdən çox zərər gətirə bilər”