Türkiyə ordusu Qətərə daxil olacaq- TBMM TƏSDİQLƏDİ
Bizimsesimiz.info // Türkiyə Böyük Millət Məclisi Qətərdə hərbçilərin yerləşdirilməsinə dair və bu ölkədə jandarm qüvvələrinin tədrisi üzrə qanun layihəsini təsdiqləyib. Bu barədə “Anadolu” agentliyi xəbər verib.
Türkiyə hərbçilərinin Qətərdə yerləşdirilməsi 2015-ci ildə iki ölkə arasında imzalanmış təhlükəsizlik sahəsində əməkdaşlığa dair sazişə uyğun olaraq həyata keçiriləcək. // virtualaz.org