Türkiyə ordusu Qətərdə ilk hərbi təlimini keçirib

Bizimsesimiz.info // Türkiyə Silahlı Qüvvələrinə (TSQ) aid qoşun birlikləri Türkiyə və Qətər arasında həyata keçirilməsi planlaşdırılan hərbi təlimlər çərçivəsində ötən gün Dohaya çatıb. “Yeniavaz.com”un “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, bu barədə Qətər Müdafiə Nazirliyi xəbər verib. Türk hərbçilərini daşıyan hərbi maşınlar Qətər küçələrində hərəkət edib. Nazirlikdən bildiriblər ki, Türkiyə ordusu ötən gün Tarıq bin Ziyad hərbi bazasında ilk təlimə qatılıb: “Uzun müddətdir planlaşdırılan təlimlərin məqsədi hər iki tərəfin müdafiə qabiliyyətini gücləndirmək və silahlı qruplarla mübarizə səylərini artırmaq, bölgədə sabitliyi davam etdirməkdir”.