Bizimsesimiz.info // Türkiyə ordusu bazar günü Afrində quru əməliyyatına başlaya bilər.

“Report” Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin baş naziri Bineli Yıldırım bildirib.

Daha əvvəl Türkiyə Hərbi Qüvvələrinin Baş Qərargahı Afrində terrorçu PKK-nın Suriya qolu olan YPG-yə və PYD-ə qarşı “Zeytun budağı” adlı əməliyyatın başlandığını elan edib. Əməliyyat Bakı vaxtı ilə saat 18:00-da başlayıb. Baş Qərargahın məlumatına görə, əməliyyatda 72 hərbi təyyarə iştirak edib. Onlar 113 hədəfdən 108-ini məhv ediblər.

“Bizim aviasiyamız bu gün nəzərdə tutulmuş hədəflərin əksəriyyətinə zərbə endirib. Sabah, şəraitdən asılı olaraq, bizim quru qoşunlarımız lazımlı işi yerinə yetirəcək. Onlar Azad Suriya ordusu ilə birgə hərəkət edəcəklər”, – deyə baş nazir jurnalistlərə bildirib.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here