Türkiyə ordusunun zərərsizləşdirdiyi terrorçuların sayı 484 nəfərə çatıb

Bizimsesimiz.info // Türkiyə Silahlı Qüvvələrinin Suriyanın şimalındakı Afrin bölgəsində keçirdiyi “Zeytun Budağı” əməliyyatları çivəsində zərərsizləşdirdiyi terrorçuların sayı 484 nəfərə çatıb.

Bu barədə “Anadolu” agentlliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, gecə saatlarında 7 hərbi təyyarə PKK, PYD, YPQ və İŞİD-ə məxsus bir neçə sığınacağı, silah-sursat anbarını və atəş nöqtələrini məhv edib.

Bundan əlavə, PKK, PYD, YPQ və İŞİD-ə məxsus daha 37 terrorçu zərərsizləşdirilib.

Beləliklə, hərbi əməliyyat başlayandan zərərsizləşdirilən terrorçuların sayı 484 nəfərə çatıb. // Report

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir