Türkiyə öz təchizat dəstək gəmisini istehsal etdi və suya buraxdı

Bizimsesimiz.info // Baş nazir İstanbulda Selah Tersanesinde şəhid baş leytenant Arif Ekmekçi adına təchizat dəstək gəmisinin dənizə buraxılması mərasimində iştirak edıb. Dənizə endirilən gəmilər və nəhəng nəqliyyat layihələrilə yerli müdafiə sənayesinin gücünü bölgə və dünyaya göstərdiklərini vurğulayan B.Yıldırım çıxışında bu sözləri deyib:

“50 il əvvəl “Türkiyə özü gəmi istehsal edə bilərmi?” mübahisəsi gedirdi. Bu gün isə hər cür, hər həcmdə və hər gücdə gəmi düzəldə bilirik, üstəlik digər ölkələrə də bu barədə kömək edirik.

Müdafiə sənayesi son 15 ildə çox böyük nailiyyətlər qazanıb. Yerlilik payını 24 faizdən 60-ın üzərinə çıxardıq. Hədəfimiz daha böyükdür. Buna da nail olacağıq.

Baş leytenant Arif Ekmekçi təchizat dəstək gəmisinin təkcə anbarının həcmi 4 min ton mühərrik, 335 ton vertolyot yanacağı, 630 ton içməli su və 108 kubmetrlik yemək və digər yükü saxlamağa qadirdir. Gəmi dəniz qüvvələrinin bütün döyüş vasitələrinin maye yanacaq ehtiyacını da daşıyacaq gücə malikdir. Eyni zamanda, vertolyot platforması və 15 tonluq ən ağır vertolyotların gecə-gündüz enə biləcəyi göyərtəsi, asimmetrik hücumlara qarşı müdafiə və rabitə imkanları vardır.”

3 COMMENTS

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir