Türkiyə polisi ABŞ-ın silahlarından artıq istifadə etməyəcək – Ərdoğan
Bizimsesimiz.info // Türkiyə polisi ABŞ-ın silahlarından artıq istifadə etməyəcək.
SalamNews “Haberler”ə agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib.
“Suriyanı dünyanın ən böyük silah bazarına çevirənlər, əliqanlı qatillərı silahlarla təchiz edənlər bunu demokrtiya adına etmirlər.
Pulla satın ala bilmədiyimiz silahları Suriyada PYD terrorçularına pulsuz verirlər. Bundan sonra ancaq öz silahlarımızdan istifadə edəcəyik. Daxili işlər nazirimizə təlimat verdim, polislərimiz bundan sonra ABŞ istehsalı olan “Sig Sauer” silahlarından istifadə etməyəcəklər”.