Bizimsesimiz.info // Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, ABŞ-ı yerli hökumətin onun mühafizəçilərini həbs etməsindən sonra sivil dövlət kimi qəbul edə bilmir.

“Report” xəbər verir ki, bu barədə RİA “Novosti” məlumat yayıb.

“Dəvət əsasında səfər etdiyim ölkədə 13 mühafizəçinin həbsinə qarar verilirsə, o zaman, mən təəssüf ki, bu ölkəni sivil adlandıra bilmərəm”, — deyə o bildirib.

ABŞ-da Türkiyə təhlükəsizlik xidməti orqanlarının 13 əməkdaşı da daxil olmaqla 19 nəfərə qarşı ittiham irəli sürülüb. Onlar Ərdoğanın Vaşinqtona səfəri zamanı mitinq iştirakçılarına hücum etməkdə ittiham olunurlar. Ərdoğanın mühafizəçiləri və kürd fəallar arasında toqquşma 16 may 2017-ci il tarixində Türkiyə səfirinin iqamətgahı qarşısında baş verib.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here