“Ölkəmizi mühasirə həvəskarlarının ümidinə qoymayacağıq”.

“Report” “Sabah”a istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf partiyasının Kütahya əyalət təşkilatının konfransında bildirib.

O vurğulayıb ki, Suriyada özləri üçün bir oyun quranlar, terror qruplaşmasının adını dəyişdirməklə hiylə işlədiklərinin sanırlar: “Bizim gözümüzdə adı nə olursa, olsun terrorçulardan ibarət istənilən təşkilatın adı terror qrupudur. İstər onun adı Suriya Demokratik Qüvvələri, istər “sərhəd ordusu”, istərsə də daxili təhlükəsizlik qoşunun olsun. Siz kimi aldadırsınız. Bu qruplaşmanın adı PKK, PYD, YPG-dir”.

Türkiyə prezidenti Qərb dövlətlərinə müracitə edib: “Sizin 3,5 milyon qaçqınla bağlı bir dərdiniz yoxdurmu?! Bu insanların nə yeyib, nə içdiyi sizi maraqlandırmırmı? Bu günədək siz bunlarla bağlı nə iş görübsünüz”.

*** 15:37

“Afrində əməliyyat faktiki olaraq başlayıb”.

“Report” “Sabah”a istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf partiyasının Kütahya əyalət təşkilatının konfransında bildirib.

“Türk deyəndə, deyəsən, onların ağıllarına bəsləyib qucaqlarında oturtduqları FETÖ-çülər və terrorçu PKK muzdluları gəlir”, – deyə Rəcəb Tayyib Ərdoğan vurğulayıb.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here