Türkiyə prezidenti: Müsəlmanlar Qüds mövzusunda həmrəylik içində olmalıdırlar

Bizimsesimiz.info // “Müsəlmanlar Qüds mövzusunda həmrəylik içində olmalıdırlar.”

Bizimsesimiz.info  SalamNews-a istinadla xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İordaniyaya səfərdən əvvəl İstanbulun “Atatürk” hava limanında jurnalistlərlə söhbətində bildirib.

O deyib: “İordaniyanın Qüdsdəki müqəddəs məkanların qorunmasında oynadığı rol bizim üçün vacibdir, bunu vurğulamaq istəyirəm. İordaniya ilə “Həram-ı-Şərif”də yaşanan böhranla bağlı dialoq apardıq.

Bir daha belə təzyiqlərin, hücumların, hüquq pozuntularının yaşanmasını istəmirik. Bu səbəblə bütün müsəlmanlar Qüds mövzusunda həmrəy olmalıdırlar.”

Qeyd edək ki, Türkiyə rəhbəri səfər çərçivəsində İordaniya kralı II Abdullahla görüşəcək. Görüşdə Suriya, İraq və Fələstindəki vəziyyət müzakirə olunacaq.

3 COMMENTS

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir