Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qətərə səfər edib

Bizimsesimiz.info   // Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Doha Həməd beynəlxalq hava limanında Qətər müdafiə naziri Xalid bin Məhəmməd əl-Adiyyə, Türkiyənin Dohadakı səfiri Fikrət Özər və səfirlik rəsmiləri tərəfindən qarşılanıb.

Ərdoğanla birgə Dohaya həyat yoldaşı Əminə Ərdoğan, Türkiyə Silahlı Qüvvələri Baş Qərargah rəisi Hulusi Akar, Ədliyyə naziri Abdulhamit Gül, xarici işlər naziri Mövlud Çavuşoğlu, iqtisadiyyat naziri Nihat Zeybekci, enerji və təbii sərvətlər naziri Berat Albayrak, gənclər və idman naziri Osman Aşkın Bak, qida, əkinçilik və heyvandarlıq naziri Əhməd Əşrəf Fakıbaba, mədəniyyət və turizm naziri Numan Kurtulmuş, meşə və su işləri naziri Veysəl Əroğlu, nəqliyyat və dənizçilik naziri Əhməd Arslan da gəlib. //eastnews.org

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir