Türkiyə prezidenti Rusiya müdafiə nazirini qəbul edəcək
Bizimsesimiz.info // Bu gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda Rusiya müdafiə naziri Sergey Şoyqunu qəbul edəcək.
APA-nın məlumatına görə, bu barədə Türkiyə prezidentinin rəsmi saytında məlumat yerləşdirilib.
Görüş yerli vaxtla saat 15.00-da Türkiyə prezidentinin Tarabya iqamətgahında baş tutacaq. Görüşlə bağlı əlavə məlumat verilmir.