“Bölgəyə 3500-dən çox TIR silah daşınıb”.

“Report” Türkiyə KİV-inə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sədri olduğu Ədalət və İnkişaf Partiyasının parlamentdəki fraksiyasının toplantısında deyib.

“Türkiyə terror qruplaşmalarına qarşı mübarizə apararkən, bizə təzyiqlərin gücləndiyini də görürük. ABŞ Suriyada terrorçu PKK qruplaşmasının törəməsi olan PYD və YPG ilə Rakkanın İŞİD-dən təmizlənməsi əməliyyatını aparır. Deyirlər: “Onlar PKK deyil”. Rakkada separatçıların portertinin (terrorçu PKK lider Abdulla Öcalanın portretinin asılmasını nəzərdə tutur- “Report”) asılmasına nə deyirsiniz? Biz olanları və reallıqları danışırıq. Bölgəyə 3500-dən çox TIR-la silah daşınıb. Bunların harada, necə qablaşdırıldığını bilirik. Siz də bunu yaxşı bilin”, – R.T.Ərdoğan vurğulayıb.

Onun sözlərinə görə, hazırda Suriyanın 25 faizi PYD və YPG terror qruplaşmalarının nəzarəti altındadır: “Belə bir Suriya kimə sərf edir? Bunun Suriya xalqına heç bir xeyiri olmadığı tam aydındır. Biz də qarşımızdakı mənzərədən məmnun deyilik. Separatçı terror qruplaşması Suriyada Deyirzordakı neft quyularını ələ keçirib. Kimin sayəsində? Biz bu mənzərəni dəyişmək üçün səy göstəririk”.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here