Türkiyə prezidentinin Azərbaycana səfər proqramı açıqlanıb

Bizimsesimiz.info // Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfər proqramı açıqlanıb.

SalamNews  “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının mətbuat xidməti məlumat  yayıb.

Proqrama əsasən, Ərdoğan oktyabrın 30-da Bakıya  gələcək.

O, Azərbaycan prezidenti İlham Əliyev və Gürcüstan prezidenti Giorgi Kvirikaşvili  ilə birliklə oktyabrın 30-da Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı münasibətilə keçiriləcək tədbirə qatılacaq, həmçinin  Türkyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının 6-cı toplantısında iştirak edəcək.

Səfər çərçivəsində Azərbaycan və Türkiyə nümayəndə heyətləri arasında ikitərəfli görüşlər keçiriləcək. Görüşlərdə Dağlıq Qarabağ münaqişəsi başda olmaqla regional və beynəlxalq məsələlər müzakirə ediləcək. İki ölkə arasında bir sıra sənədlərin imzalanması nəzərdə tutulub.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir