Türkiyə prezidentinin həyat yoldaşı arakanlı müsəlman qaçqınları ziyarət edib- FOTOLAR
Bizimsesimiz.info // Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın həyat yoldaşı Əminə Ərdoğan arakanlı müsəlman qaçqınları ziyarət edib.
Bizimsesimiz.info SalamNews-a istinadla xəbər verir ki, Ərdoğan və onu müşayiət edən heyət Banqladeşdə qaçqınların yaşadığı Kutupalonq düşərgəsinə gələrək insanlara humanitar yardım paylayıb.
Ərdoğan düşərgədə yaşayan insanların həyat şəraiti ilə tanış olub, onların vəziyyəti ilə maraqlanıb və problemlərini dinləyib.
“Hamımızın övladları var. Bu məsələdə hamımızın üzərinə məsuliyyət düşür. Bu səbəbdən bu gün buradayıq. İnsan olaraq biganə qalmaq mümkün deyil. Allah onlara kömək etsin”,- deyə Əminə Ərdoğan jurnalistlərə açıqlamasında bildirib.