Türkiyə Qəzzaya 8,5 tonluq dərman preparatları göndərib

Türkiyə Qızıl Aypara Cəmiyyəti Fələstinin Qəzza bölgəsinə 8,5 ton həcmində tibbi yardım göndərib.

Felestin.info WAFA-ya istinadla xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyi məlumat yayıb.

Səhiyyə naziri Cavad Əvvad bildirib ki, Nablus şəhərindəki səhiyyə anbarına təhvil verilmiş 274 min dollarlıq dərman preparatları bu gün Qəzzaya yola salınıb. Qeyd olunub ki, iki yük maşını ilə yola salınmış yardım bu gün Qəzzaya çatacaq.

Bu preparatlar əsasən xərçəng və böyrək çatışmazlığı kimi xroniki xəstəliklərin müalicəsi üçün nəzərdə tutulur.

Türkiyə Qızıl Aypara Cəmiyyətinin sədri Kərəm kannik də məlumatı təsdiqləyib və Türkiyənin Fələstinə yardımının davamlı olacağını, İsrailin tətbiq etdiyi blokadanın Qəzzadakı səhiyyə sektoruna ağır zərbə vurduğunu dilə gətirib.

Fələstinli nazir də öz növbəsində Türkiyənin Fələstinə müxtəlif sektorlar, xüsusilə səhiyyə üzrə yardımlarının alqışlandığını bildirib

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir