Türkiyə qoşunları Suriyaya daxil olub
Türkiyə qoşunları Suriyanın şimalındakı kürd özünüidarə kontonu olan Kobaniyə daxil olub.
Bizimsesimiz.info SalamNews-a istinadən xəbər verir ki, bu barədə “Firat” kürd agentliyi məlumat yayıb.
Məlumata əsasən, Türkiyə Silahlı Qüvvələrinin bölmələri Kobanidən qərbdə yerləşən Bobene və Sifteke kəndlərinin ərazisindən Suriyaya daxil olub və orada öz qüvvələrini yerləşdirib.
Yerli “xalq özünümüdafiə qüvvələri” Türkiyə kanton ərazisini tərk etməyəcəyi təqdirdə hazırlanan cavab barədə xəbərdarlıq edib.
Türkiyə tərəfinin sözügedən informasiyanı rəsmən təsdiq edib-etmədiyinə dair hələlik məlumat yoxdur.