“Türkiyə Rusiyadan S-400 almaqdan imtina edə bilər”
Bizimsesimiz.info // “Əgər S-400 zenit-raket sistemlərinin birgə istehsalı barədə razılaşma əldə edilməsə, Türkiyə bu sistemləri almaqdan imtina edə bilər”.
SalamNews “EAdaily”yə istinadən xəbər verir ki, bunu Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu bəyan edib.
M.Çavuşoğlu bildirib ki, rəsmi Ankara bu mövzuda Moskvadan rəsmi imtina almayıb.
“V.Putin bizə birgə istehsal üçün addımlar ata biləcəyimizi söyləmişdi. Amma Rusiya bu anlaşmaya mənfi yanaşırsa, biz başqa ölkə ilə də anlaşa bilərik”, – deyə Çavuşoğlu bildirib.