“Türkiyə S-400 alarsa NATO texnologiyasından istifadə imkanları məhdudlaşdırılacaq”

Bizimsesimiz.info // Türkiyə Rusiyadan S-400 zenit raket sistemi alarsa, NATO texnologiyasından istifadə imkanları məhdudlaşdırılacaq.  SalamNews “Sözcü”yə istinadla xəbər verir ki, bunu ABŞ Hərbi Hava Qüvvələrinin beynəlxalq münasibətlər üzrə komandanı Haydi Qrant açıqlayıb.

“Əgər Türkiyə S-400-ü alarsa, NATO texnologiyasına çıxışı məhdudlaşdırılacaq. Növbəti mərhələlərdə isə Türkiyənin F-35 bombardmançı təyyarələrini alması və istifadə etməsinə  dair tədbirlər görülə bilər”, deyə o bildirib.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.