Bizimsesimiz.info // Türkiyə Silahlı Qüvvələrinin (TSQ) Şırnak vilayətinin Silopi qəsəbəsindəki Habur sərhəd-keçid məntəqəsi yaxınlığında sentyabrın 18-də start verdiyi hərbi təlim iraqlı əsgərlərin də iştirakı ilə davam edir.

Hərbi təlim İraq sərhədindəki Habur sərhəd-keçid məntəqəsinə təqribən 3 km məsafədə olan Tır dayanacaq yerinin qarşısındakı sahədə artıq on gündür keçirilir.

İraq Silahlı Qüvələrinə bağlı hərbi dəstələrin də iştirakı ilə ötən gün üçüncü mərhələsi başlanılan təlimdə sahəyə zirəhli texnikalarla göndərilən Türk və İraqlı əsgərlər müəyyənləşdirilən hədəfə hücum təlim həyata keçirib.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here