Türkiyə Şimali İraqa aviazərbə endirdi
Bizimsesimiz.info // Türkiyə aviasiyası İraqın şimalında yerləşən Qəndil bölgəsi və Tuncelidə yerləşən PKK sığınacaqlarını darmadağın edib.
Bizimsesimiz.info axar.az-a istinadla xəbər verir ki, bu barədə Türkiyə ordusunun Baş Qərargahından informasiya verilib.
Qəndil bölgəsinə endirilən aviazərbələr zamanı PKK sığınacaqları məhv edilib. Tuncelidə isə təxribat törətməyə hazırlaşan 2 terrorçu aviazərbələr zamanı zərərsizləşdirilib.
Qeyd edək ki, Baş Qərargahdan terrorçulara qarşı əməliyyatların davam etdiriləcəyi bildirilib.