Türkiyə Suriya sərhədində bölmələrini gücləndirdi
Bizimsesimiz.info Report- a istinadən verdiyi xəbərə görə, Türkiyənin Suriya sərhədində öz hərbi bölmələrini gücləndirmək üçün göndərdiyi hərbi-nəqliyyat vasitələri Kilis vilayətinə çatıb. Altı nəqliyyat karvanı Suriya sərhədindəki Musabəyli bölgəsinə istiqamət alıb. Texnika Türkiyə-Suriya sərhədində yerləşdiriləcək.