Türkiyə təhlükəsizlik qüvvələri başına 1.5 milyon mükafat qoyulmuş PKK-çını məhv etdi
Türkiyənin Tunceli vilayətində keçirilən əməliyyatda öldürülən 5 terrorçudan biri olan Cəlal Qayanın PKK-nın “qara qutusu” olduğu müəyyənləşdirilib.
Avropa.info xəbər verir ki, 21 ildir PKK terror təşkilatının üzvü olan 42 yaşlı “Doğan-Serhat” kod adlı terrorçu Cəlal Qayanın öldürüldüyü əməliyyatın təfərrüatları ortaya çıxıb.
Məlumata görə, Türkiyə kəşfiyyat orqanları terrorçuların izinə düşərək Cəlal Qaya və qrupunun Tuncelidə Qutu dərəsi bölgəsində olduğunu müəyyən edib.
İHA-ların əldə etdiyi görüntülərdən sonra hücuma keçən desant qüvvələri dərədə məhv edilib.
Məhv edilən terrorçulardan birinin Türkiyə tərəfindən başına 1.5 milyon mükafat qoyulan Cəlal Qaya olduğu müəyyənləşdirilib. Məlumatlara görə, terrorçu Cəlal Qaya PKK-nın “lider”lərindən olan Murat Karayılanın ən yaxın adamlarından olduğu üzə çıxıb. Belə ki, Cəlal Kaya terror təşkilatının digər qollarının Qəndillə birbaşa əlaqələndirilməsindən məsul olub.