Bizimsesimiz.info // İranda səfərdə olan Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Hülusi Akar İran prezidenti Həsən Ruhani ilə görüşüb. Modern.az xəbər verir ki, Tehranda Prezident sarayında baş tutan görüşdə ikitərəfli və regional əlaqələr müzakirə edilib.

Həsən Ruhani bildirib ki, bu gün iki ölkə iqtisadi, siyasi və beynəxalq əlaqələrdə önəmli mövqeyə sahibdir: “Hərbi və müdafiə sənayesində də əlaqələri genişləndirmək üçün çalışmalıyıq. Ortaq mənafe və ortaq təhlükələr çərçivəsində də əməkdaşlığın artırılması labüddür”.

Hülusi Akar da öz növbəsində iki ölkə arasında hərbi əlaqələrin inkişafının regionun sabitliyində mühüm rol oynayacağını qeyd edib:  “Terror ünsürləri regionumuza əsas mənfi təsir göstərən amillərdəndir. Türkiyə, Suriya və İraq başda olmaqla, regionun bütün ölkələrinin ərazi bütövlüyünə hörmət edir”.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here