Türkiyə və Misirdəki hərbi çevrilişlərin arxasında ABŞ var – İran Məsləhət Şurasının katibi
Bizimsesimiz.info // “Türkiyə və Misirdəki hərbi çevrilişlərin arxasında ABŞ var.”
SalamNews-un “MehrNews”ə istinadən verdiyi xəbərə görə, bunu İran Məsləhət Şurasının katibi Muhsin Rızai bildirib.
O, İranda 1953-cü ildə ABŞ tərəfindən həyata keçirilən 19 avqust çevrilişinin ildönümü ilə əlaqədar özünün “Instagram” səhifəsində paylaşdığı ismarıcda Birləşmiş Ştatların xarici siyasətini tənqid edib: “Bu gün ABŞ-ın təşkil etdiyi utancverici 19 avqust çevrilişinin ildönümüdür. Hillari Kinton 50 il sonra bu çevrilişə görə ölkəmizdən üzr istədi. ABŞ çağdaş dünyamızda indi də Türkiyə və Misirdə Ərdoğan ilə Mursiyə qarşı çevriliş etdi. O zaman niyə millətin yerinə etibarsız xarici qüvvələrə inanmalıyıq? İranda xalqımıza etibar etməsəydik, diktatorluq neçə dəfə qalib gələrdi?”