Bizimsesimiz.info  // Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun Azərbaycana səfər proqramı açıqlandı.

XİN başçısı noyabrın 30-da Bakıda keçiriləcək Türkiyə-Azərbaycan-Pakistan üçlü xarici işlər nazirləri yığıncağı ilə  1 dekabrda  təşkil ediləcək Əfqanıstanla əlaqəli “Asiyanın qəlbi” – İstanbul prosesinin 7-ci nazirlər konfransında iştirak edəcək.

Türkiyə, Azərbaycan və Pakistan xarici işlər nazirlərinin üçtərəfli görüşündə 3 ölkə arasında əlaqələrin bütün sahələrdə inkişaf etdirilməsi müzakirə olunacaq, regional və beynəlxalq məsələlərlə bağlı fikir mübadiləsi aparılacaq.

Azərbaycan Prezidenti İlham Əliyevin XİN başçısını qəbul edəcəyi gözlənilir.

M.Çavuşoğlunun tədbirdə iştirak edən ölkələrin XİN başçıları və digər rəsmiləri ilə ikitərəfli görüşlər də keçirməsi də planlaşdırılır.

Xatırladaq ki, noyabrın 30-da və dekabrın 1-də Bakıda “Asiyanın qəlbi” – İstanbul prosesi təşəbbüsü 7-ci nazirlər konfransı da keçiriləcək. Azərbaycan hazırda Əfqanıstanla birlikdə prosesə həmsədrlik edir. Nazirlərin görüşünə həmçinin təşəbbüsün iştirakçıları olan digər ölkələrdən yüksək vəzifəli nümayəndələrin qatılacağı gözlənilir. Əfqanıstan Prezidenti Məhəmməd Əşrəf Qəni toplantıda iştirak etmək üçün Azərbaycana səfər edəcək.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here