“Bu əməliyyatı məmnunluqla qarşılayırıq”.

“Report” “Hurriyyet”ə istinadən xəbər verir ki, Türkiyə Xarici İşlər Nazirliyi ABŞ və müttəfiqlərinin aprelin 14-də gecə saatlarında Suriyaya endirdikləri hava zərbələrini qiymətləndirərkən bildirib.

XİN-in açıqlamasında daha sonra vurğulanıb: “Aprelin 7-də Dumada mülki insanların ölmünə səbəb olmuş kimyəvi silahla hücumun qarşılığında ABŞ, İngiltərə və Fransanın aprelin 14-də Suriya rejiminə qarşı keçirdiyi əməliyyatı yerində edilən bir təzyiq olaraq görürük”.

Nazirlik bu əməliyyatı “insanlığın vicdanının tərcüməçisi” adlandıraraq onu məmnuniyyətlə qarşıladıqlarını bildirib.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here