Bizimsesimiz.info // Rusiya xarici işlər naziri Sergey Lavrov türkiyəli həmkarı Mevlüd Çavuşoğlu ilə telefon danışığı keçirib.  SalamNews-un “RT”yə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya XİN məlumat yayıb.

“Nazirlər, yanvarın 30-da Soçidə keçiriləcək Milli Dialoq Konqresinə hazırlıq prosesini müzakirə ediblər”,-məlumatda deyilir.

Telefon danışığı zamanı Suriya mülki əhalisinin humanitar problemlərinin yüngülləşdirilməsi və  deeskalasiya zonalarında atəşkəs rejiminə əməl olunması məsələləri barədə də fikir mübadiləsi aparılıb. 

Qeyd edək ki, birgünlük konqresdə  Suriya silahlı müxalifəti təmsil edən nümayəndə heyəti də iştirak edəcək. Həmçinin BMT-nin Suriyadakı xüsusi nümayəndəsi Staffan de Mistura da toplantıya dəvət olunub.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here