Bizimsesimiz.info // Türkiyə Kırmızı Ay Cəmiyyətinin üzvü Mehmet Sancarın verdiyi məlumata görə, Türkiyədən Yəmənə iki səhra xəstəxanası üçün göndərilən humanitar yardım vəsaitləri Yəmən Səhiyyə Nazirliyi səlahiyyətlisi, Şeyx Osman şəhəri Sədəqə Xəstəxanasının direktoru Camal Abdulhəmidə təslim edilib.

M.Sancar bildirib ki, “Xəstəxanalara ümumi xərci 21 milyon dollar olan əməliyyat otağı və təcili yardım bölümləri üçün 5 konteyner avadanlıq göndərildi. Yəmən səhiyyə səlahiyyətliləri Türkiyənin, xüsusilə, sağlamlıq sahəsində yəmənlilərə dəstəyindən hədsiz məmnun qaldıqlarını dilə gətirdilər. Tibbi avadanlığlarla təchiz edilmiş Yəmən səhra xəstəxanaları iki ölkə arasında həmrəylik və gerçək iş birliyi bağının göstəricisidir. İnanırıq ki, bu işlərin Yəmən xəstələrinin sağlıq problemlərini aradan qaldırmaqda böyük təsiri olacaq.”

Qeyd edək ki, Türkiyə dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın başladığı “Ümidi ol” kampaniyası çərçivəsində Baş Nazirliyin Fövqəladə Hallar və Təcili Yardım Rəhbərliyi və Türkiyə Kızılay Cəmiyyəti tərəfindən Yəmənə göndərilən qida və tibbi vəsait humanitar yardımları “Blue Fury” gəmisiylə 20 iyulda Aden limanına çatıb.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here