Türkiyədə 50 mindən yuxarı FETÖçü tutulub
Bizimsesimiz.info // Türkiyə Ədliyyə Nazirliyi Fətullahçı Terror Təşkilatı Paralel Dövlət İdarəçiliyinin (FETÖ) 15 iyulda çevriliş cəhdindən sonra həyata keçirilən əməliyyatlar zamanı 50 min 510 adamın həbs olunduğunu bildirib.
15 İyul istintaqları çərçivəsində 169 general, 7098 polkovnik və alt rütbəlilər, 8815 təhlükəsizlik xidməti əməkdaşı, 24 vali (icra başçısı), 73 vali köməkçisi, 116 məmur və 31784 digər şübhəlilər olmaqla 50 min 510 adam həbs edilib. 169 min 13 şübhəli ilə bağlı isə əməliyyatlar sürür.
3046 əsgər, 5024 polis, 9 vali, 27 vali köməkçisi, 73 məmur, 39 min 41 digər şübhəli olmaqla 48 min 439 adam haqqında isə istintaqlar nəticəsində məhkəmə-nəzarət qərarı verilib.
Bundan başqa, 10 min 33 adam prokurorluq, 33 min 371 adam isə hüquq-mühafizə orqanlarından olmaqla 43 min 404 adam sərbəst buraxılıb.
152 əsgər, 392 polis, 3 vali köməkçisi, 9 məmur, 7266 digər şübhəli də olmaqla 8087 adam haqqında tutulma qərarı var.