Türkiyədə anti-FETÖ əməliyyatı keçirildi

Bizimsesimiz.info // Türkiyə Daxili İşlər Nazirliyində Fətullahçı Terror Təşkilatına (FETÖ) qarşı keçirilən əməliyyat nəticəsində 42 nəfər barəsində həbs qətimkan tədbiri seçilib.

“Report” xəbər verir ki, bu haqda Ankara prokurorluğu məlumat yayıb.

Barələrində həbs qətimkan tədbiri seçilənlərin hamısı “ByLock” proqramı istifadəçiləridir.

Bu əlaqə proqarmından FETÖ-çular bir-biri ilə əlaqə saxlamaq üçün istifadə edirlərmiş.