Türkiyənin prezident respublikasına keçməsi ilə 2019-cu ildə Baş nazir postu ləğv ediləcək.

Trend-in məlumatına görə, bundan başqa, Türkiyə parlamentində deputatların sayı 550-dən 600-dək artırılacaq.

Türkiyə mətbuatı parlamentdə yeni komissiyanın yaradılacağını da yazır.

Xatırladaq ki, 2017-ci ilin aprelində Türkiyə konstitusiyasına dəyişikliklər haqqında referendum keçirilmişdi.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here