CHP Genel Başkanı Kemal Kılıçdaroğlu'nun, partisinin İstanbul Milletvekili Enis Berberoğlu'nun tutuklanmasına tepki olarak başlattığı yürüyüşe katılanlara saldırı planladıkları iddiasıyla Kayseri ve Kocaeli'de düzenlenen operasyonda 6 DEAŞ mensubu yakalandı. Zanlılardan E.E. (ortada). ( Sercan Küçükşahin - Anadolu Ajansı )

Bizimsesimiz.info // APA-nın NTV telekanalına istinadən verdiyi məlumata görə, ana müxalifət Cümhuriyyət Xalq Partiyasının (CHP) yürüşünə hücum hazırlayan 6 İŞİD üzvü saxlanılıb.

CHP lideri Kamal Kılıçdaroğlunun da iştirak etdiyi və bir neçə gündür davam edən yürüşə hücum etməyə hazırlaşan İŞİD-çilər Kayseri, Kocaeli və Nevşehir şəhərlərində zərərsizləşdiriliblər. İlkin məlumata görə, iki İŞİD üzvü Suriyadan gələn təlimata uyğun olaraq, mikroavtobus kirayələyib və CHP-nin yürüşünün davam etdiyi Kocaeliyə getmək istəyib. Lakin hüquq-mühafizə orqanları bundan xəbər tutub və onların təqibinə başlanılıb. Mikroavtobusu yürüş iştirakçılarının üstünə sürməyi planlaşdırılan hər iki şəxs Kocaelidə saxlanılıb.

Terrorçular CHP-çilərin 400 metrliyində zərərsizləşdiriliblər. Onlara yardım edən daha dörd nəfər isə Kayseri və Nevşehirdə tutulub.

Kayseri valisi Süleyman Kamçı bildirib ki, terrorçuların kirayələdiyi mikroavtobusda hakim Ədalət və İnkişaf Partiyasının bayraqları aşkarlanıb. Terror aktının məqsədi Türkiyədə təxribat törətmək və qarışıqlıq yaratmaq olub.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here