Türkiyədə partlayış nəticəsində 4 nəfər vəfat edib

Bizimsesimiz.info  // Türkiyənin Bursa əyalətində toxuculuq fabrikində partlayış baş verib. SalamNews  “Haberler”ə istinadən xəbər verir ki, hadisə  Gürsu rayonunda  qeydə alınıb. İlkin məlumata görə, hadisə  nəticəsində 4 nəfər ölüb, 8 nəfər yaralanıb.

Hadisə yerinə xilasedicilər və təcili tibbi yardım briqadaları cəlb edilib.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.