Türkiyədə qaçqınlarla sərt davranışa görə bir qrup hərbçi saxlanılıb

Türkiyədə videosu sosial şəbəkələrdə yayıldıqdan sonra Suriyadan olan və ölkəyə qeyri-leqal daxil olmağa cəhd edən qaçqınlarla sərt davranışa görə bir neçə hərbçi saxlanılıb.

Bizimsesimiz.info SalamNews-a istinadla xəbər verir ki, bu barədə “Hürriyet” qəzeti məlumat verib.

“Qəbulolunmaz fəaliyyət həyata keçirən hərbçilər saxlanılıblar, onlara münasibətdə lazımi hüquqi tədbirlər görülüb.”, – Türkiyə ordusunun bəyanatında bildirilir.

İyulun 28-də Türkiyənin sərhəd hissələrindən birində iki hərbçi sərhədi qeyri-leqal olaraq keçməyə cəhd edən dörd suriyalı qaçqını görüb, onları posta aparıb və orada döyməyə başlayıb. Hərbçilərdən biri hadisəni mobil telefonun kamerasına çəkib.

Videonun internetə necə yol tapdığı dəqiqləşdirilmir. Hadisə ilə bağlı neçə nəfərin saxlanıldığı da açıqlanmır.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir