Türkiyədən Bərzaniyə sərt xəbərdarlıq
Bizimsesimiz.info // Sentyabr ayının 25-də müstəqillik referendumu keçirməyə hazırlaşan Bərzani rəhbərliyinə Türkiyə Xarici İşlər Nazirliyindən cavab gəlib.
Xarici işlər Nazirliyi İraqın şimalında referendum keçirilməsinin qarşılığı olacağını vurğulayıb.
Türkiyə Xarici işlər Nazirliyinin kürdlərin referendum hazırlığı ilə bağlı bəyanatında bildirilir:
“İraq Parlamentinin kürd regional rəhbərliyi tərəfindən keçirilməsi nəzərdə tutulan müstəqillik referendumunun qanunsuz olduğu və bu təşəbbüsün rədd edildiyi barədə 12 sentyabr 2017-ci il tarixində aldığı qərarı məmnuniyyətlə qarşılayırıq. İraq parlamentinin qərarını İraqın siyasi birliyinə və ərazi bütövlüyünə həsr edilən önəmin əyani ifadəsi kimi görür və qüvvətlə dəstəkləyirik. Kürd regional rəhbərliyinin referendum məsələsindəki mövqeyində israr etməsinin mütləq bir bədəli olacaq. Ölkəmizin və beynəlxalq cəmiyyətin ağıl sahibi bütün üzvlərinin xəbərdarlıqlarına baxmayaraq, kürdlərin referendum kontekstindəki inadlı mövqeyi və açıqlamalar narahatlıq vericidir. Onları yanlış mövqedən əl çəkməyə dəvət edirik”. //eastnews.org