Türkiyəli deputat Ramazan bayramı günü AŞPA-nın iclasının keçirilməsinə etiraz edib

Bizimsesimiz.info // Fransanın Strasburq şəhərində Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yay sessiyası başlayıb.

“Report”un Fransa bürosunun verdiyi xəbərə görə, sessiyanın birinci günü Türkiyə nümayəndə heyətinin üzvü bu gün müsəlman aləmində müqəddəs Ramazan bayramının qeyd olunduğunu sessiya iştirakçılarının nəzərinə çatdırıb.

O, Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sessiyasının işinin bu bayram gününə salınmasına öz etirazını bildirib. Türkiyə nümayəndə heyətinin üzvü xristianların dini bayramında olduğu kimi Ramazan bayramı zamanı da Avropa Şurasının fəaliyyətinə fasilə verilməsi təklifi ilə çıxış edib.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.