Bizimsesimiz.info // Rəcəb Tayyib Ərdoğan Avropa İttifaqına (Aİ) “Türkiyəni İttifaqa qəbul etmək istəmirsinizsə, bunu açıq şəkildə deyin” deyə səsləndi.

Ərdoğan bunu rəsmi səfərdə olduğu Polşada həmkarı Andrzey Duda ilə keçirdiyi görüşdən sonra təşkil edilən birgə mətbuat konfransında deyib.

Türkiyə Respublikasının prezidenti R. T. Ərdoğan öz növbəsində Türkiyə-Aİ əlaqələrinə toxunaraq, Türkiyənin 63 ildir İttifaqa qəbul edilmədiyini xatırladıb. Ərdoğan bildirib ki, Türkiyənin müraciətindən sonrakı prosesdə qəbul edilən ölkələrin bizimlə müqayisə ediləcək tərəfi yoxdur. Müzakirə maddələrini artırmalarının səbəbləri Türkiyənin İttifaqa qəbul edilmək istənməməsidir. Bunu açıq şəkildə ifadə edin. Nə siz bizi məşğul edin nə də biz sizi. Bu prosesdən imtina edən biz olmayacağıq, onların qərarını gözləyirik.

Ərdoğan Türk vətəndaşlarına viza tətbiqinin ləğvinə dair isə deyib ki, Latın Amerika ölkələri üçün viza rejimi yoxdur. Türkiyə müzakirəçi ölkədir amma bizə viza tətbiq edilir. Belə axmaq şey ola bilərmi? İttifaqa üzv dostlarımızdan bunları dilə gətirmələrini istəyirik.

Miqrant məsələsinə də toxunan Dövlət başçısı Ərdoğan Türkiyənin qəbul etdiyi 3,5 milyona yaxın qaçqın üçün indiyədək 30 milyard dollardan artıq xərcimiz olub. Avropadan 885 milyon avro dəstək gəlib. Bizə veriləcək miqdar isə cəmi 6 milyard avro idi. Türkiyə öz imkanları ilə bunu təmin edir.

Polşa ilə ikitərəfli əlaqələrə də toxunan Ərdoğan Türkiyənin Polşanın 2018-2019 BMT Təhlükəsizlik Şurasına müvəqqəti üzvlüyünə dəstəyini dilə gətirib.

İki ölkə arasındakı ticarət dövriyyəsinin də artırılmasının vacibliyini bildirən Ərdoğan Türk Hava Yollarının səfər sayının artırılmasının mümkünlüyünü də ifadə edib.

Polşa prezidenti Duda da Türkiyənin bir gün Aİ-yə üzv olacağına ümidini dilə gətirərək, ölkəsinin Türkiyənin İttifaqa üzvlük yolundakı fəaliyyətlərə dəstək olduğunu və bu dəstəyəni davam etdirdiyini söyləyib.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here