Bizimsesimiz.info  // Yanvarın 19-dan 20-nə keçən gecə Türkiyənin Azərbaycandakı Səfirliyində, Naxçıvan və Gəncədəki Baş konsulluqlarında və Bakıdakı Türk Şəhidliyində bayraqlar yarıya qədər endiriləcək.

Bu barədə Türkiyənin Azərbaycandakı Səfirliyindən məlumat verilib.

“Azərbaycanın suverenliyi və müstəqilliyi uğrunda aparılan mübarizənin dönüş nöqtəsi olan 20 Yanvar qətliamı əsla unudulmayacaq. Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir. 28 il əvvəl canlarını bu yolda fəda edən şəhidlərimizi rəhmətlə anırıq və bu acı gündə qardaş Azərbaycanın kədərini paylaşırıq”, – deyə açıqlamada bildirilir.

apa.az

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here