Rusiyanın “Sberbank”ı Türkiyədəki törəməsi olan “Deniz Bank”ı 5,5 mlrd. ABŞ dollarına satmağa hazırlaşır.

Bu barədə “Report” rus mətbuatına istinadən xəbər verir.

Xatırladaq ki, ötən həftə “Reuters” agentliyi “Deniz Bank”ın 5,3 mlrd. dollara satılacağını yazıb. Başqa sözlə, Bankın dəyəri 200 mln. dollar artıb.

Alqı-satqı prosesinin bu ilin III rübündə başa çatdırılacağı gözlənilir. Alıcı tərəf Dubayın (BƏƏ) “Emirates NBD” bankıdır.

Xatırladaq ki, “Sberbank” Deniz Bank”ın səhmlərinin 99,85%-ni 2012-ci ildə Belçikanın “Dexia” şirkətlər qrupundan 3,5 mlrd. dollara alıb. “Sberbank”ın rəhbəri German Qref bir qədər əvvəl bəyan edib ki, qlobal maliyyə bazarlarında rəqabətin gücləndiyindən və sanksiyalar səbəbindən “Deniz Bank”ı satmaq barədə düşünürlər.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here