Türkiyənin etirazıyla Rusiya iclası təxirə saldı

Bizimsesimiz.info  //Türkiyə Cümhurbaşkanlığı Aparatı sözçüsü İbrahim Kalın televiziya kanalında gündəmlə bağlı danışıb.

Qazaxıstanın paytaxtı Astanada davam edən Suriya danışıqlarına Rusiyanın separatçı terror təşkilatı PKK-nın Suriya davamı PYD-ni dəvət etməsinə münasibət bildirən İ.Kalın deyib: “Buna etirazımızı çatdırdıq, Rusiya da iclası təxirə saldı. Yeni toplantıda PYD iştirak etməyəcək. Rusiya ilə bu barədə görüşlərimiz olacaq”.

İ.Kalın bundan başqa İranla təhlükəsizlik əməkdaşlığının artırılmasına da toxunaraq deyib: “İran təhlükəsizlik məsələlərində birgə çalışdığımız bir ölkədir. Tehranla yola davam edəcəyik. Biz bunu NATO ittifaqına alternativ görmürük… Terrorla mübarizəyə gəlincə, bu, İraqın Qəndil bölgəsi olar, Sincara yönəlik olar, PKK-nın başqa yerlərdəki birləşmələrinə qarşı olar, Suriyaya qarşı olar. Dolayısıyıa, dövlət başçımızın söylədiyi kimi, “Bir gecə qəflətən gələ bilərik”.

Səudiyyə Ərəbistanının bir dəyişiklik prosesindən keçdiyinə də toxunan Kalın deyib: “Bir növ sosial inqilabın təməl daşlarını qoyurlar. Məsələn, qadınlara avtomobildən istifadəetmə haqqı verilməsi qərarı çıxdı, amma 2018-ci ildə həyata keçəcək. Dünyaya “açıq İslam” mesajı verməyə çalışırlar. Yəmən məsələsi var. Ümid edirik ki, Səudiyyə Ərəbistanı sabitliyinə, sülhünə töhfə verəcək bir proses yaşanır”.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.