Türkiyənin ilk mini peyki – “Grizu-263A” kosmosa buraxılıb.
Bizimsesimiz.info xəbər verir ki, peyk Zonquldak Bülent Ecevit Universiteti Mühəndislik Fakültəsi tələbələrindən ibarət “Grizu-263” Kosmos Qrupu tərəfindən hazırlanıb.
Türkiyənin ilk cib peyki adlandırılan “Grizu-263A” Ankara vaxtı ilə 18:25-də “SpaceX” raketi ilə orbitə göndərilib.
Təxminən 525 kilometr alçaq yer orbitində 4 il 8 ay müddətində xidmət etməsi planlaşdırılan 5x5x5 santimetr ölçülərinə malik Türkiyənin ilk “pocketqube peyki”nin orbitə göndərilməsi 25 min avroya başa gəlib.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here