Türkiyənin İraqdakı səfiri Ərbəin yürüşündə xalqa qatılıb – FOTO

Bizimsesimiz.info  // Türkiyənin İraqdakı səfiri Fatih Yıldız hər il milyonlarla insanın qatıldığı Kərbəlaya doğru Ərbəin yürüşündə iştirak edib.

Fatih Yildiz bu barədə şəxsi “Twitter” səhifəsində yazıb. Səfir yol boyu türkiyəli zəvvarların qurduğu xidmət çadırlarını ziyarət etdikdən sonra Hz.Abbas və İmam Hüseyn hərəmlərinə baş çəkib.

Türkiyəli səfir Ərbəinlə əlaqədar Hillə-Kərbəla yolu üzərində Türkiyə Səfirliyi adından qurulan ziyarət çadırlarında zəvvarlara ehsan verdiklərini də diqqətə çatdırıb. //eastnews.org

 

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.